"Düşmənin diversiya qrupları təəssüf ki, artıq Kiyevə soxulub"

"Düşmənin diversiya qrupları təəssüf ki, artıq Kiyevə soxulub"

"Düşmənin diversiya qrupları təəssüf ki, artıq Kiyevə soxulub"

“Ukrayna Silahlı Qüvvələri paytaxtı qorumaq üçün şəhərə daxil olur”.

Polemika.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko “Facebook”da məlumat verib.

“Hazırda Ukrayna hərbi texnikası şəhərin müdafiəsini hıyata keçirmək üçün Kiyev şəhərinə daxil olur”.

Denisenko həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının hərəkətini lentə almamağı və ya dərc etməməyi xahiş edib.

“Ukrayna ordusu Kiyev şəhərini müdafiə edir, vəziyyət çətin və gərgindir".  Bunu isə paytaxt meri Vitali Kliçko brifinqdə bildirib.

"Şəhər müdafiə mərhələsinə qədəm qoyub. İndi paytaxtın bəzi ərazilərində atışma və partlayış səsləri eşidilir - ukraynalı kəndlilər rus diversiya qruplarını zərərsizləşdirirlər. Düşmənin diversiya qrupları təəssüf ki, artıq Kiyevə soxulub. Vəziyyət çətindir, lakin biz silahlı qüvvələrimizə inanırıq, onları dəstəkləyirik”, - Kliçko qeyd edib.

O vurğulayıb ki, Silahlı Qüvvələr bu gün qəhrəmanlıq və fədakarlıq nümayiş etdirir. Mer şəhəri müdafiə edə biləcək hər kəsi əsgərlərə kömək etməyə çağırıb.

Eyni zamanda o, kiyevlilərdən şübhəli əşyalar və düşmən izləri barədə məlumat vermələrini xahiş edir.

Kliçko xatırladıb ki, rus ordusu bu gün səhər saat 4-dən sonra Kiyevə hücum edib:

“Yaşayış məhəllələrinə bir sıra raket zərbələri endirilib. Raketin dağıntıları nəticəsində küçədəki evə ciddi ziyan dəyib.

Həmçinin Obolonda Rusiya zirehli texnikasının şəxsi avtomobillə toqquşması nəticəsində bir mülki şəxs yaralanıb. Hazırda onun vəziyyəti ağırdır, reanimasiyadadır", - deyə mer deyib.

Kliçko şəhər sakinlərini intensiv aktiv döyüş əməliyyatları səbəbindən sirenlər səsləndikdə evlərini və sığınacaqlarını tərk etməməyə, təhlükə altında olmamağa, sığınacaqlarda gizlənməyə çağırıb.

Qeyd edək ki, hazırda “Reuters” agentliyinin Kiyevdən açdığı canlı yayımda şəhərin mərkəzində həyəcan siqnalının verildiyi öz əksini tapıb.

Ukrayna KİV şəhərin müdafiəyə hazırlaşdığını bildirir.

"Düşmənin diversiya qrupları təəssüf ki, artıq Kiyevə soxulub"