"Dünyanı qlobal ərzaq qıtlığı gözləyir" - Fransalı nazir

"Dünyanı qlobal ərzaq qıtlığı gözləyir" - Fransalı nazir

"Dünyanı qlobal ərzaq qıtlığı gözləyir" - Fransalı nazir

"Ukraynadakı vəziyyət bu il qlobal ərzaq böhranına səbəb olacaq".

Polemika.az "Le Figaro"ya istinadla xəbər verir ki, bunu Fransanın kənd Təsərrüfatı və ərzaq naziri Julyen Denormandi bildirib.

O əlavə edib: "Aralıq dənizi regionunda Rusiya və Ukraynadan buğda ixracından asılı olan bir çox ölkələr var".

Nazir baş verən hadisələrin qiymətləri artıra biləcəyini , bunun da heyvandarlıq yeminə təsir göstərəcəyini söyləyib.

Nəşrin məlumatına görə, Qətər, Ruanda, Qırğızıstan və Misir kimi dövlətlər Rusiyadan buğda tədarükündən 80%, Türkiyə isə 70% asılıdır.

Bununla bağlı fransalı siyasətçi növbəti il ​​yarım ərzində ərzaq böhranından qaçmaq üçün addımlar atmağa çağırıb.

"Dünyanı qlobal ərzaq qıtlığı gözləyir" - Fransalı nazir