Fransada gənclər ayda 500 avro alacaqlar

Fransada gənclər ayda 500 avro alacaqlar

Fransada gənclər ayda 500 avro alacaqlar

Fransada hökumət işsiz və təhsilsiz gənclərə ayda 500 avroya qədər maliyyə yardımı etmək qərarına gəlib.

Polemika.az "Euronews"a istinadla xəbər verir ki, prezident Emmanuel Makronun elan etdiyi layihə 2022-ci ilin martında qüvvəyə minəcək.

Yaşı 18-25 arasında olan, işsiz, tələbə olmayan və biznes sahəsində təhsili olmayan gənclər “Gənclərin Məşğulluq Müqaviləsi” (Contrat Engagement Jeune) adlı yeni yardımdan yararlana biləcəklər.

Gənclərin maddi vəziyyətinə görə dəyişəcək yardım 500 avroya qədər ola bilər və 1 il müddətinə veriləcək. Lazım olduqda bu müddət daha 6 ay uzadıla bilər.

Fransada gənclər ayda 500 avro alacaqlar