Dünyada COVID-ə yoluxanların sayı 265 milyon nəfəri keçib
Dünyada COVID-ə yoluxanların sayı 265 milyon nəfəri keçib
Dünyada qeydə alınan COVID-19 koronavirus infeksiyasına yoluxma hallarının sayı 265.854.752 nəfərə çatıb.
Polemika.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Dünyada COVID-19-a yoluxduqdan sonra virusun yayılmasının başlanğıcından indiyədək 5.255.648 nəfər dünyasını dəyişib.
20 milyondan çox COVID-19 xəstəsi olan ölkələr arasında ABŞ, Hindistan və Braziliya ilk sıradadır.
COVID-19-a yoluxanların və ölənlərin sayına görə liderlik ABŞ-da saxlanılır: 49.085.361 nəfərin COVID-19-a yoluxması müəyyən edilib. Ölənlərin sayı isə 788.363 nəfər olub.
Hindistanda yoluxanların sayı 34.641.561 nəfərə çatıb, ölənlərin sayı 473.537 nəfərdir.
Braziliyada 22.143.091 yoluxma, 615.636 ölüm qeydə alınıb.