“Dünya Azərbaycanın hansı gücə malik olduğunu gördü” 

“Dünya Azərbaycanın hansı gücə malik olduğunu gördü” 

“Dünya Azərbaycanın hansı gücə malik olduğunu gördü” 

“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları hər bir bölgənin, şəhər və kəndin, qəsəbənin müasir tələblər səviyyəsində qurulmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən layihələrin icrasında əhəmiyyətli rol oynayır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

O, deyib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısının səfər çərçivəsində  Azərbaycan Dövlət İnformasiya Agentliyinə-AZƏRTAC-a verdiyi müsahibədə səsləndirdiyi fikirlər Ermənistana və ona havadarlıq edənlərə ciddi mesaj oldu: 

“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun hər günü tariximizə Zəfər günü kimi yazmasını, bir gün belə geri çəkilməməsini, 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə qurduqları istehkamların böyük qəhrəmanlıqla yarılmasını həzm edə bilməyən  Ermənistan silahlı qüvvələri  hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə beynəlxalq hüquq çərçivəsində  qadağan olunmuş silahlardan atəşə tutaraq  xeyli sayda dinc insanın həlak olmasına, yaralanmasına,  yaşayış evlərinin, sosial obyektlərin  dağıdılmasına səbəb olmuşdular. 

Gəncədə 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Şəhid olanların 6-sı uşaq idi. Bu hərbi cinayətlər dünyanın gözü qarşısında baş verdiyi halda dünya gücləri hələ də  gözləmə mövqeyində dayanıblar. Amma unudurlar ki, 30 ilə yaxın dövrdə belə seyrçi mövqedə dayanmaq sonda 44 günlük Vətən müharibəsinin yaşanmasına, Ermənistanın diz çökməsinə, ən əsası ədalətin və beynəlxalq hüququn  mövcudluğunun dünya tərəfindən qəbul edilməsinə gətirib çıxardı. 

Dünya Azərbaycanın hansı gücə malik olduğunu gördü.  Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların həmin əraziyə səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı  həmin ərazidə inşa olunacaq Memorial Kompleksin təməlini qoydu və Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsini məhz həmin dağıntıların qarşısında verməklə dünyaya mesajlarını ünvanladı.”

 

“Dünya Azərbaycanın hansı gücə malik olduğunu gördü”