Döyüşmək üçün Ukraynaya gələn yapon əsgərindən dünyaya mesaj

Döyüşmək üçün Ukraynaya gələn yapon əsgərindən dünyaya mesaj

Döyüşmək üçün Ukraynaya gələn yapon əsgərindən dünyaya mesaj

CNN TÜRK kanalının əməkdaşları Samet Güner və Caner Emre Kınacı Ukraynanın qaçqın mərkəzinə çevrilmiş Lvov şəhərində yapon əsgərlə danışıb.

Polemika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan əsgər Ukrayna ordusuna könüllü olaraq keçdiyini və ölkənin cənubunda döyüşə gedəcəyini bildirib:

“Sadəcə dünyaya demək istəyirəm ki, mənim işim döyüşməkdir. Çünki burada uşaqlar və mülki insanlar üçün təhlükə var. Bu ölkənin həyatını dəyişdirə bilərik, mən də ona görə bura gəldim. Daim xəbərləri izləyirdim, uşaqların ölümü hamımızı kədərləndirdi. Televiziyada oğlu ölən ananın üsyanını görəndə dedim ki, döyüşə getməliyəm. İlk məqsədim ukraynalı qaçqınlara dəstək olmaq idi, lakin Zelenski kömək üçün çağırış edəndə bura gəlib döyüşmək qərarına gəldim”.

Döyüşmək üçün Ukraynaya gələn yapon əsgərindən dünyaya mesaj