Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirdi

Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirdi

Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirdi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

Polemika.az DİM-ə istinadən xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 1 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 20 nəzarətçi-müəllim, 2 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlar olub. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirdi