DİN direktorun şagirdi döyməsindən xəbərdardır: "Təhqiqat qrupu məktəbdədir" ​​​​​​​

DİN direktorun şagirdi döyməsindən xəbərdardır:

DİN direktorun şagirdi döyməsindən xəbərdardır: "Təhqiqat qrupu məktəbdədir" ​​​​​​​

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərlə bağlı Nəsimi Rayon Polis İdarəsinin Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Polemika.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi qeyd edib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıdılar: "Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

DİN direktorun şagirdi döyməsindən xəbərdardır: "Təhqiqat qrupu məktəbdədir" ​​​​​​​