Deputat koronavirusa yoluxdu

Deputat koronavirusa yoluxdu

Deputat koronavirusa yoluxdu

“Vəziyyətim yaxşı deyil”. Polemika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Facebook” hesabında yazıb.

“Nəzərinizə çatdırıram ki, keçən həftədən “kovid”ə yoluxmuşan. Xeyli zənglər gəlir və telefonu da söndürmək istəmirəm. Çünki, müalicə ilə bağlı zənglər də olur, təxirəsalınmaz köməyə ehtiyacı olanlarla da danışmalı oluram. Amma, çox çətindir belə. Hərçənd ki, özüm yaxşı vəziyyətdə deyiləm.

Bunun üçün də xahiş edirəm ki, şikayətlərlə, məktublarla, müsahibə və açıqlamalarla bağlı köməkçi Vuqar Suleymanov, Ehtiram Mehdiyev və partiyanın mətbuat xidməti Vüsal Qarayev ilə əlaqə yaradın. 

Anlayışınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn həftədən iş rejimimi bərpa edə biləcəm”.

Vəzrin Vahid 

 

Deputat koronavirusa yoluxdu