Deputat Geqam Manukyan: "Ermənistanla Azərbaycan sövdələşib"

Deputat Geqam Manukyan: "Ermənistanla Azərbaycan sövdələşib"

Deputat Geqam Manukyan: "Ermənistanla Azərbaycan sövdələşib"

“Qarşıdan gələn üçtərəfli görüşlə bağlı davamlı bəyanatlar, onların məzmununda dəyişikliklər fonunda hakimiyyət heç bir yeni sənəd imzalamadığı ilə fəxr etməyə çalışır. Lakin dünən baş verənlər açıq şəkildə təsdiqləyir ki, hökumət nəinki sənəd imzalayır, əksinə xalqın arxasından və parlamentdən gizli olaraq düşmən ölkə ilə şifahi sövdələşmələr aparır”.

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri bu gün “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının növbədənkənar iclasında bildirib.

O, ictimaiyyətin diqqətini buna yönəldib ki, azərbaycanlıların Gorus-Qafan yolunda gömrük və sərhəd nəzarəti məntəqələrinin yerləşdirilməsi ilə bağlı rəsmi açıqlama yoxdur.

Qeqam Manukyan qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində təsadüfən bu fakta toxunub, Azərbaycan tərəfinin Ermənistan hakimiyyətini əvvəlcədən xəbərdar etdiyini təsadüfən qeyd edib. 

Deputat onu da vurğulayıb ki, günün ikinci yarısında isə Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan Gorus-Qafan yoluna alternativ Tatev-Ağvan yolunun artıq istismara hazır olduğunu bildirib.

“Yəni, bütün faktlar onu göstərir ki, Ermənistan hakimiyyəti rəsmi bəyanat olmadan, rəsmi sənədlər olmadan, şifahi şəkildə Azərbaycanla sövdələşib. Xalqdan gizli olaraq daha bir sövdələşmə aparıldı, nəticədə Ermənistanın ərazi bütövlüyü itirildi, bütün Sünik (Zəngəzur) təhlükə altında qaldı”, - deyə Geqam Manukyan söyləyib.

Rafi MÜSLÜMOV 

Deputat Geqam Manukyan: "Ermənistanla Azərbaycan sövdələşib"