De Byazinin millimizdəki taleyinə dekabrın 2-də aydınlıq gələcək

De Byazinin millimizdəki taleyinə dekabrın 2-də aydınlıq gələcək

De Byazinin millimizdəki taleyinə dekabrın 2-də aydınlıq gələcək

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

Polemika.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplantı dekabrın 2-də keçiriləcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;

5. Digər məsələlər.

De Byazinin millimizdəki taleyinə dekabrın 2-də aydınlıq gələcək