“Beşiktaş” – “Fənərbaxça” Bakıda - Superkubok finalı

“Beşiktaş” – “Fənərbaxça” Bakıda - Superkubok  finalı

“Beşiktaş” – “Fənərbaxça” Bakıda - Superkubok finalı

Türkiyə Superkubokunun finalında 2011-ci ildə keçirilməli olan və təxirə salınan “Beşiktaş” – “Fənərbaxça” matçı Bakıda oynanıla bilər. 

Polemika.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Ertem Şener sosial şəbəkə hesablarında paylaşım edib.

O, sözügedən qarşılaşmanın Bakı Olimpiya Stadionunda təşkil olunacağını yazıb. 

2011-ci ildə oyunun təxirə salınmasına səbəb "Fənərbaxça" rəsmilərinin adlarının danışılmış matçlarda hallanması olub.

"Fənərbaxça" həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Superkuboku uğrunda matçın təşkilini  tələb edib.

İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

“Beşiktaş” – “Fənərbaxça” Bakıda - Superkubok finalı