“Danışıqların müsbət nəticələrlə yekunlaşacağına ümid var” - Rusiyalı deputat

“Danışıqların müsbət nəticələrlə yekunlaşacağına ümid var” - Rusiyalı deputat

“Danışıqların müsbət nəticələrlə yekunlaşacağına ümid var” - Rusiyalı deputat

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında daha bir görüş keçiriləcək.

“Polemika.az” xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyəti ilə Belarusda keçirilən görüşdə iştirak edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə məlumat verib.

O deyib ki, beş saat davam edən danışıqlar zamanı gündəlikdə olan bütün məsələlər müzakirə olunub. Nümayəndə heyətləri ümumi mövqeləri proqnozlaşdırmağa imkan verən bəzi məqamlar tapıblar.

Növbəti görüşün yaxın günlərdə Belarus-Polşa sərhədində baş tutacağı gözlənilir.

Danışıqlarda iştirak edən rusiyalı deputat Leonid Slutski bildirib ki, nümayəndə heyətlərinin danışıqları zamanı irəliləyişə nail olmağa imkan verən bəzi müddəalar əldə edilib. O danışıqların ətraflı və detallı aparıldığını və müsbət nəticələrlə yekunlaşacağına ümid olduğunu vurğulayıb.

“Danışıqların müsbət nəticələrlə yekunlaşacağına ümid var” - Rusiyalı deputat