Daha bir ölkədə "omikron" aşkarlandı

Daha bir ölkədə "omikron" aşkarlandı

Daha bir ölkədə "omikron" aşkarlandı

Banqladeşdə koronavirusun "omikron" ştamı ilə ilk iki yoluxma halı qeydə alınıb.

Polemika.az xəbər verir ki, bu barədə səhiyyə və ailə rifahı naziri Zahid Mələk açıqlama yayıb.

Onun sözlərinə görə, virusa yoluxmuş hər iki şəxs Banqladeş kriket komandasının üzvləridir, onlar bu yaxınlarda Zimbabvedən ölkəyə qayıdıblar.

Xəstələrin vəziyyəti sabitdir, onlar paytaxt Dəkkədəki oteldə təcrid olunublar.

Noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan B.1.1.529 virusunun ştamını yunan hərfi "omikron" ilə təyin edib. Yeni ştamın episentri Cənubi Afrikadır. 

Daha bir ölkədə "omikron" aşkarlandı