“Cəbrayıla da səfərlər təşkil olunsun” – “Yüzlərlə ahıl insan var ki…” 

“Cəbrayıla da səfərlər təşkil olunsun” – “Yüzlərlə ahıl insan var ki…” 

“Cəbrayıla da səfərlər təşkil olunsun” – “Yüzlərlə ahıl insan var ki…” 

Yanvarın 24-dən etibarən azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir. 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm sərnişin marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb. 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala biləcəklər.

Qarabağa təşkil olunacaq səfərlərlə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, Polemika.az saytının baş redaktoru Seymur Verdizadə bu səfərləri xoş addım kimi dəyərləndirib:

“Mən Qarabağa vətəndaşların səfərlərinin təşkil olunmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ürəyi Qarabağ eşqi ilə döyünən hər bir azərbaycanlının dilbər güşələrimizi, işğaldan azad olunmuş ərazilərimizi  gedib gəzməyə haqqı çatır”.

Jurnalist, vətəndaşların səfərlərə yalnız ildə bir dəfə gedə bilməsinə də münasibət bildirib və öz təkliflərini irəli sürüb:

“Səfərlərin ildə bir təşkil olunması ciddi məsələdir. Ola bilsin ki, müraciətlərin çox olacağını nəzərə alıblar və buna görə qərar verilib. Bunun təfərrüatını bilmirəm. Amma inanıram ki, Qarabağı görmək istəyənlərin hamısına oranı görmək qismət olcaq. Mən özüm Cəbrayıl rayonundanam. Məcburi köçkün sayılıram. Jurnalist fəaliyyətimlə əlaqədar olaraq öz doğulduğum rayonu, doğma kəndimi görmüşəm. Amma həmyerlilərim və qohumlarım arasında yüzlərlə, hətta minlərlə insan var ki,  öz ata-baba yurdlarını  - Qarabağı görmək istəyirlər. Onların bəziləri 70-80 yaşlı ahıl şəxslərdir. Bəlkə də onların ömrü Qarabağda yaşamağa vəfa etməyəcək. Buna görə də mən təklif edirəm ki, təkcə Ağdama və Şuşaya yox, Qarabağın digər işğaldan azad olunmuş torpaqlarına bu cür səfərlər təşkil olunsun. Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə belə səfərlər təşkil olunmalıdır. Hökümət və əlaqədar qurumlar bu məsələni diqqətdə saxlamalıdır. Heç olmasa, insanlar bu dünyadan “sinəsi yüklü” köçməməlidir. Yaşlı insanlar bir dəfə də olsa, öz ata-baba yurdunu görməlidir. Bu fikrin gündəmdə saxlanılmasının tərəfdarıyam. Çünki bununla bağlı bir jurnalist kimi yüzlərlə insan mənə müraciət edib. Hətta mən öz adımdan müvafiq qurumlara rəsmi qaydada müraciət etmişəm. Şükür ki, artıq bu proses başlayıb”. 

“Cəbrayıla da səfərlər təşkil olunsun” – “Yüzlərlə ahıl insan var ki…”