COVID pasportu olmayan 169 nəfər toylara buraxılmadı

COVID pasportu olmayan 169 nəfər toylara buraxılmadı

COVID pasportu olmayan 169 nəfər toylara buraxılmadı

Noyabrın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 80 toy şənliyinin monitorinqini həyata keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polemika.az-a verilən xəbərə görə, monitorinq 66 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 169 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

COVID pasportu olmayan 169 nəfər toylara buraxılmadı