“Chevrolet”in sürücüsü aldığı yanacağın pulunu ödəmədi - Polis işə qarışdı

“Chevrolet”in sürücüsü aldığı yanacağın pulunu ödəmədi - Polis işə qarışdı

“Chevrolet”in sürücüsü aldığı yanacağın pulunu ödəmədi - Polis işə qarışdı

Bakıda avtomobilinə yanacaq doldurdan şəxs pulunu ödəməyərək qaçıb.

Bu barədə Polemika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis idarəsinin (RPİ) 32-ci Polis Bölməsinə fevralın 2-də Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində “Chevrolet” markalı avtomobilin sürücüsünün 48 manat dəyərində yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən edilərək saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.

“Chevrolet”in sürücüsü aldığı yanacağın pulunu ödəmədi - Polis işə qarışdı