Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”

Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”

Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”

“3+3" formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına töhfə verir”.

Polemika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, uzun danışıqlara baxmayaraq, "3+3" platformasının ilk görüşü dekabr ayında keçirilib, lakin Gürcüstan bu tədbirdə iştirak etmədiyindən görüş 3+2 formatda baş tutub.

Ceyhun Bayramov qeyd edib ki, belə bir platformanın yaradılması regionda nəqliyyat və təhlükəsizlik sahələrinin inkişafına müsbət təsir göstərməlidir.

“Gürcüstan bu görüşdə iştirak etməsə də, danışıqların nəticələrini ona təqdim etmək barədə qərar qəbul edilib”, - XİN rəhbəri əlavə edib.

Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”