Çempionlar Liqasının final matçı Rusiyadan alınır? - UEFA-dan açıqlama

Çempionlar Liqasının final matçı Rusiyadan alınır? - UEFA-dan açıqlama

Çempionlar Liqasının final matçı Rusiyadan alınır? - UEFA-dan açıqlama

Mayın 28-i keçiriləcək Çempionlar Liqasının finalına ev sahibliyinin Sankt-Peterburqdan alınaraq Londona veriləcəyi ilə bağlı müəyyən məlumatlar yayıldı. 

Polemika.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  UEFA yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.

Qurumun mətbuat xidməti xəbərləri təkzib edib. Məlumatda bildirilir:

“UEFA vəziyyəti yaxından izləyir. Hazırda final matçının keçiriləcəyi məkanın dəyişdirilməsi nəzərdə tutulmur”.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında münaqişənin böyüməsi səbəbindən Sankt-Peterburqdan ev sahibliyinin alınacağı ilə bağlı xəbərlər yayılmışdı.

Çempionlar Liqasının final matçı Rusiyadan alınır? - UEFA-dan açıqlama