Çempionalar Liqası: “Barselona” məğlub olub Avropa Liqaya düşdü
Çempionalar Liqası: “Barselona” məğlub olub Avropa Liqaya düşdü
UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun daha 5 oyunu keçirilib.
Polemika.az xəbər verir ki, turun mərkəzi matçlarından birində "Bavariya" "Barselona"nı qəbul edib və 3 cavabsız qolla qalib gəlib. Qrupun digər oyununda "Benfika" Portuqaliyada qrupda heç bir iddiası qalmayan Ukraynanın "Dinamo" (Kiyev) komandasını 2 cavabsız qolla məğlub edib. Bu nəticələrdən sonra "Benfika" 1/8 finala, "Barselona" isə Avropa Liqasının pley-offuna yollanıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
E qrupu
00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qollar: Roman Yaremçuk, 16, Jilberto Junior Moraes, 22
00:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:0
Qollar: Tomas Müller, 34. Leroy Sane, 43. Camal Musiala, 62
F qrupu
00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:1
Qollar: Meyson Qrinvud, 9 - Fabian Rider, 42
00:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:0 (TƏXİRƏ SALINIB)
G qrupu
00:00. "Zaltsburq" (Avstriya) - "Sevilya" (İspaniya) - 1:0
Qol: Noa Okafor, 50
Qırmızı vərəqə: Joan Jordan Moreno, 64 ("Sevilya")
00:00. "Volfsburq" (Almaniya) - "Lill" (Fransa) - 1:3
Qollar: Renato Şteffen, 89 - Burak Yılmaz, 11. Conatan Devid, 72. Eyncel Qomes, 78
H qrupu
21:45. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0
Qol: Moyze Kin, 18
21:45. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3
Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85 Romelu Lukaku, 62