Çavuşoğlu: "Görüşün Vyanada keçirilməsini Ermənistan istəyib"

Çavuşoğlu: "Görüşün Vyanada keçirilməsini Ermənistan istəyib"

Çavuşoğlu: "Görüşün Vyanada keçirilməsini Ermənistan istəyib"

“Bəzi region ölkələri kimi, İsraillə münasibətlərimizi normallaşdırmamız Fələstini satmaq bahasına deyil. Fələstin məsələsi ilə bağlı mövqeyimiz bəllidir və əvvəldən də aydın mövqeyimiz var".

Polemika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı deyib: “Hələlik tarix müəyyən edilməyib və bu günlərdə müəyyənləşəcək".

Çavuşoğlu Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Vyanada keçiriləcək ikinci görüşü barədə də danışıb:

“Ermənistan bu görüşün Vyanada keçirilməsini xahiş edib. Onlar təklif etdilər ki, ikinci görüşün yeri ya Vyana, ya da Cenevrə olsun. Cenevrə 2009-cu ildə uğursuz görüşümüzün məkanıdır, ona görə də ikinci səfərimizi bu şəhərə etməməyə və Vyanada baş tutmasına qərar verdik".

Antalya Diplomatik Forumunun martın 11-13-də keçiriləcək iclası ilə bağlı nazir qeyd edib:

“Bu görüşdə Ermənistanın xarici işlər naziri və ölkənin Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi iştirak edəcək. İsrailin xarici işlər naziri və energetika naziri də qatılmalıdır, lakin onların iştirakı hələ təsdiqlənməyib".

 

Çavuşoğlu: "Görüşün Vyanada keçirilməsini Ermənistan istəyib"