Siyasətçi: "Peyvənd istəmisənsə, evində gəbər"

Siyasətçi: "Peyvənd istəmisənsə, evində gəbər"

Siyasətçi: "Peyvənd istəmisənsə, evində gəbər"

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski rus aktrisası Mariya Şukşinanı koronavirus vaksinləri ilə bağlı mövqeyinə görə sərt şəkildə tənqid edib.

Polemika.az NTV telekanalına istinadla xəbər verir ki, siyasətçi deyib:

“Əgər peyvənd olunmaq istəmirsinizsə, etməyin. Evdə qalın, yoluxun və yavaş-yavaş ölün”.

Dövlət Dumasının deputatı peyvəndlərin tərəfdarıdır. Bəzi KİV-lərin məlumatına görə, o, 7 dəfə peyvənd olunub.

İmmunoloq Zoya Skorpileva qeyd edib ki, Liberal Demokrat Partiyasının rəhbəri bəlkə də yaşa görə zəif immun reaksiyaya malik ola bilər və buna görə də COVID-19-a qarşı anticisimlər tez yox ola bilər.

Siyasətçi: "Peyvənd istəmisənsə, evində gəbər"