"Camaatın pulunu lombardlardan götürüb qaçan..." - Xalq artisti

"Camaatın pulunu lombardlardan götürüb qaçan..."

"Camaatın pulunu lombardlardan götürüb qaçan..." - Xalq artisti

“Zeynəb Xanlarovanı heç kim gözdən sala bilməz. O, Allahın vergisidir. İstədilər nəsə etsinlər, amma istəkləri ürəklərində qaldı. O qadına şər atdılar, guya ki, uşaq pulunun kəsilməsində birbaşa onun əli var. Elə şeylər olmayıb. Amma Zeynəb Xanlarova özünə artıq saydı, sığışdırmadı, çıxıb desin ki, bunların hamısı yalandır. Necə ki, mənim adımdan yalandan çox sözləri yazmışdılar”.

Polemika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı bildirib.

O, sənət adamlarına qara yaxan insanlardan söz açıb.

“Bütün bu hallar düşmən təxribatı idi. Düşmənə işləyən ünsürlər, quyruqlar, alçaqlar idi. Camaatın pulunu lombardlardan götürüb qaçan biqeyrətlər idi. Sonra da haqdan-ədalətdən danışırdılar. Yalansa Haqq sizin belinizdən vursun. Bizə qələbə, qələbə, yenə də qələbə yaraşır. Bu olmasa nə o dünyada, nə də bu dünyada mənim yerim yoxdur”, - deyə sənətkar bildirib.

 

"Camaatın pulunu lombardlardan götürüb qaçan..." - Xalq artisti