Cəlilabadda ağır yol qəzası: Xəsarət alanlar var - Fotolar
Cəlilabadda ağır yol qəzası: Xəsarət alanlar var - Fotolar
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Polemika.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 21010” və “VAZ 2107” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb “VAZ 2107” markalı avtomobilin qəfil olaraq “VAZ 21010”in önünə çıxması olub.
Faktla bağlı araşdırma aparılır.
/Report