"Bütün qonşularımızla mehriban münasibətlər qurmalıdır" - Vahan Xaçaturyan

"Bütün qonşularımızla mehriban münasibətlər qurmalıdır"

"Bütün qonşularımızla mehriban münasibətlər qurmalıdır" - Vahan Xaçaturyan

"Biz başa düşməliyik ki, bu region əməkdaşlıq platformasına çevrilməlidir".

Polemika.az "Aysor"a istinadla xəbər verir ki, bunu Ermənistan prezidentliyinə namizəd Vahan Xaçaturyan bu gün parlamentdə bildirib.

"Biz bütün qonşularımızla mehriban qonşuluq münasibətləri qurmalı və Ermənistanın bu məntiqlə inkişafını təmin etməliyik, başqa yolumuz yoxdur", - deyə prezidentliyə namizəd vurğulayıb.

Vahan Xaçaturyan qeyd edib ki, danışıqlar aparmaq mübahisə etməkdən, kiminləsə döyüşməkdən, kiməsə güc göstərməkdən daha düzgün yoldur. "Biz bu gücü ağılla, biliklə göstərə bilərik”.

Prezidentliyə namizəd bəyan edib ki, Ermənistan hökumətinin elan etdiyi sülh dövrünün açılması ideyası onun üçün tamamilə məqbuldur və prezident bu işə əl atmalıdır.

"Bütün qonşularımızla mehriban münasibətlər qurmalıdır" - Vahan Xaçaturyan