“Bu şəraitdə heç kim Rusiyada pul qazana bilməyəcək” – Böhran qapımızda

“Bu şəraitdə heç kim Rusiyada pul qazana bilməyəcək” – Böhran qapımızda

“Bu şəraitdə heç kim Rusiyada pul qazana bilməyəcək” – Böhran qapımızda

7 gündür Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiya iqtisadiyyatının sanksiyalar səbəbindən, Ukrayna iqtisadiyyatının isə müharibə səbəbindən çökdüyünü müşahidə edirik. Bəzi iqtisadçılar hesab edir ki, bu müharibənin Azərbaycan iqtisadiyyatına da ciddi təsiri olacaq. Səbəb Rusiya və Ukrayna ilə geniş ticari əlaqələrimizin olmasıdır.

Milli Məclisin üzvü, iqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev məsələ ilə bağlı Polemika.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin Azərbaycana təsir edəcəyi ilə bağlı verilən proqnozların doğru olduğunu söyləyib:

“Rusiya-Ukrayna müharibəsi Azərbaycanın yaxınlığında baş verir. Təbii ki, ölkəmizə təsiri olacaq. İlk olaraq taxıl ixracatından danışaq. Dünyanın taxıl ixracatında Rusiya-Ukraynanın birlikdə təxminən 30% payı var. Təsəvvür edin dünya taxıl satışından 30% istifadə edə bilməyəcək. Çünki Rusiyaya sanksiyalar tətbiq olunur, Ukrayna müharibə şəraitindədir.

İkinci problem nəqliyyat və logistikadır. Bu sahələr müharibə səbəbinən normal işləyə bilməyəcək.

Üçüncü problem isə qida məhsulları ilə bağlıdır. Azərbaycan qida məhsulları Ukraynadan alınır, qismən də Rusiyadan.

Bu şəraitdə  bizə ən çox təsir edən mineral gübrələr olacaq. Mineral gübrələrin böyük bir hissəsi, 25-30% Rusiyadan gətirilir. Bunlar  obyektiv məsələlərdir və qaçılmazdır”.

Deputat Azərbaycanın iqtisadi məsələlərlə bağlı konsultasiyalar keçirdiyini bildirib: “Azərbaycan bu iqtisadi problemləri nəzərə alaraq konsultasiyalar keçirir. Həmin ölkələrdən gətirilməyəcək məhsulları necə və nə ilə əvəz edəcəyik, hansı addımlar atılacaq və s.

Müharibə hər zaman böyük insan tələfatıdır qaçılmazdır. Müharibənin iqtisadi tərəfləri yalnız bizim üçün deyil, Avropa və başqa ölkələr üçün də yaranacaq. Burada gizlədiləcək bir məsələ yoxdur. Avropa parlamentində də səsləndirilib ki, bəzi məhsulların qiymətində artım olacaq. İnflyasiya tempi artacaq. Biz nə Rusiya nə də Ukrayna ilə normal formada işləyə bilməyəcəyik. Hazırda iqtisadiyyat çox aşağı səviyyədədir. Rusiyaya qarşı isə sanksiyalar tətbiq olunur, Rus banklarının maliyyə sistemi çökür”.

Rüfət Quliyev Rusiya və Ukraynada yaşayan azərbaycanlılar haqqında da danışıb: “Hər kəs bilir ki, Rusiyada 2 milyondan çox azərbaycanlı var. Onlar orada işləyib Azərbaycana təxminən 2 milyard dollara yaxın vəsait köçürürlər. Lakin təbiidir ki, bu şəraitdə heç kim Rusiyada pul qazana bilməyəcək. Bu qismən Ukraynaya da aiddir. Ukraynada 550 min azərbaycanlı yaşayır. Onlarda qismən öz ailələrinə, qohumlarına vəsait yollayırdılar. Maliyyə məsələləri qalxacaq.

Ukraynadan gələn insanlar qaçqın kimi gələcək. Onların işlə təmin olunması, yaşaması. Bunlar da müəyyən problem yaradacaq. Dövlət buna hazırdır və əlindən gələn bütün köməyi göstərəcək.

Azərbaycan tərəfindən Rusiyada, Ukraynada keçirilən layihələrin gələcəyi necə olacaq, o da sual altındadır”.

Mehri QURBAN

“Bu şəraitdə heç kim Rusiyada pul qazana bilməyəcək” – Böhran qapımızda