Bu gün Mübariz günüdür

Bu gün Mübariz günüdür

Bu gün Mübariz günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Polemika.az xatırladır ki, o, 1988-ci ilin bu günu Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-cü il şəhid olmuş M. Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olan M.İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra, hərbi xidmətə çağrılıb.

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurduqdan sonra bir sıra mülki işlərdə çalışıb, daha sonra isə 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətini davam etdirib. Bir müddət sonra isə öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgər və zabitini öldürür. Sonra isə ermənilərin öz silahlarını onlara qarşı istifadə edərək 5 saat onlarla döyüşür. Mübariz İbrahimov səhərə yaxın saatlarda şəhid düşür.

Ölümündən sonra M.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bu gün Mübariz günüdür