Bu gün gecdir, sabah tez: Ukraynada müharibə başlayacaqmı? - "Ehtimal çox yüksəkdir"

Bu gün gecdir, sabah tez: Ukraynada müharibə başlayacaqmı?

Bu gün gecdir, sabah tez: Ukraynada müharibə başlayacaqmı? - "Ehtimal çox yüksəkdir"

“Son dövrlər Rusiya-Ukrayna arasındakı gərginlik pik həddə çatmışdır. Sərhəd boyu hərbi texnikaların və silahlı qüvvələrin cəmləşdiyi müşahidə olunmaqdadır. Eyni zamanda, bəzi Qərb ölkələri, eləcə də media qurumları məhz müharibənin fevralın 15-16-da başlaması ehtimalını çox yüksək qiymətləndirir”.

Bunu Polemika.az-a Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun fikrincə, Qərb mediası vəziyyəti daha da gərginləşdirir:

"Əlbəttə, burada görünən tərəf ondan ibarətdir ki, gərginliyin müharibəyə, silahlı toqquşmaya çevrilməsində üçüncü tərəflərin çox böyük marağı var. Bu baxımdan, vəziyyəti olduğundan daha çox gərginləşdirməyə çalışırlar. Hətta bəzi ölkələr də öz diplomatik korpus nümayəndələrinin və vətəndaşlarının Ukraynadan çıxarılması ilə bağlı qərar qəbul ediblər.

İndiki məqamda hər hansı bir toqquşma olmayacaq. Bu bəzi Qərb dairələrinin süni şəkildə vəziyyəti daha da gərginləşdirmək cəhdidir və burada onların daha çox maraqlı tərəf olduğunu açıq şəkildə görmək olur.

Hər hansı bir silahlı toqquşma olsa da, bu, daha çox lokal xarakter daşıyacaq və bütün cəbhə boyu hər hansı bir qarşıdurma olmayacaqdır”.

Rafi MÜSLÜMOV

Bu gün gecdir, sabah tez: Ukraynada müharibə başlayacaqmı? - "Ehtimal çox yüksəkdir"