“Bu aclıq aksiyası “siyasi kampaniya” cəhdinə çevrilib” 

“Bu aclıq aksiyası “siyasi kampaniya” cəhdinə çevrilib” 

“Bu aclıq aksiyası “siyasi kampaniya” cəhdinə çevrilib” 

"Saleh Rüstəmli ilə bağlı müxtəlif təşkilatlardan, 3- cü sektor təsmilçilərindən müraciətlər almışıq".

“Polemika.az” xəbər verir ki, parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc Rüstəmlinin aclıq etməsini Turan-a şərh edərkən bildirib.

O hesab edir ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanı tənqid etmək məqsədilə bu aclıq aksiyası "siyasi kampaniya", "amnistiya aktını nüfuzdan salmaq cəhdi"nə çevrilib.

"Əvvəlcə müvafiq dövlət qurumları ilə müzakirələr aparmaq olardı ki, onun əməlləri dövlətə və şəxsiyyətə qarşı yönəlməyib. Komitə sədri kimi deyə bilərəm ki, bizə daxil olan müraciətlərlə əlaqədar belə müzakirələr aparacağıq. Bizim üçün əsas olan fərdi məsələni ölkə hüdudlarından kənara çıxarmamaqdır, onu xarici təzyiq silahına çevirməməkdir", -  Oruc deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və " Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

 

“Bu aclıq aksiyası “siyasi kampaniya” cəhdinə çevrilib”