“Böyük dəbilqə”: Azərbaycan komandası liderdir

“Böyük dəbilqə”: Azərbaycan komandası liderdir

“Böyük dəbilqə”: Azərbaycan komandası liderdir

Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası kişilərin yarışında iki günün yekun nəticəsinə görə birinci pillədə qərarlaşıb.

Polemika.az xəbər verir ki, 9 idmançı ilə yarışa qatılan komandamızın aktivinə qızıl medalı Hidayət Heydərov (73 kq), gümüş medalı isə Yaşar Nəcəfov (66 kq) yazdırıblar.

Komandamızın digər üzvləri - 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov zədə səbəbindən bürünc medal qarşılaşmasına çıxa bilmədiyi üçün 5-ci yerlə kifayətlənib, Balabəy Ağayev isə yeddinci yeri tutub.

Bu nəticə ilə kişilərin mübarizəsində ilk pillədə qərarlaşan Azərbaycan millisi ümumi medal hesabında Fransa və Yaponiya komandalarından sonra üçüncü yerə sahib olub.

Qeyd edək ki, “Böyük dəbilqə” turniri fevralın 19-dək davam edəcək.

“Böyük dəbilqə”: Azərbaycan komandası liderdir