Borrell: "Rusiyaya maksimum sanksiya tətbiq etmişik"

Borrell: "Rusiyaya maksimum sanksiya tətbiq etmişik"

Borrell: "Rusiyaya maksimum sanksiya tətbiq etmişik"

"Avropa İttifaqı Rusiyaya qarşı maliyyə sanksiyaları baxımından imkanlarının son həddinə çatıb".

Polemika.az "Franceinfo"-ya istinadla xəbər verir ki, bunu Aİ-nin diplomatı Josep Borrell bildirib.

O qeyd edib: "Maliyyə sanksiyalarına gəlincə, əlbəttə, siz həmişə daha da irəli gedə bilərsiniz, lakin biz artıq edə biləcəyimiz işlərin həddinə çatmışıq. Biz əlimizdən gələni etdik".

Borellin sözlərinə görə, söhbət Rusiya valyutasının 40% ucuzlaşmasına səbəb olan kütləvi sanksiyalardan gedir.

"Bunlar Rusiya iqtisadiyyatına ağır yük qoyacaq çox ağır sanksiyalardır", - Avropa diplomatiyasının rəhbəri əlavə edib.

O qeyd edib ki, sənaye və iqtisadiyyatın digər sektorlarında yüksək texnologiyaların ixracına qoyulan qadağa ilə bağlı sanksiyalar Rusiya üçün ağrılı olub.

Borrell: "Rusiyaya maksimum sanksiya tətbiq etmişik"