Azərbaycanda evlərin qiyməti kəskin bahalaşacaq: “Məhsullar Rusiya və Ukraynadan gəlirdi...”

Azərbaycanda evlərin qiyməti kəskin bahalaşacaq: “Məhsullar Rusiya və Ukraynadan gəlirdi...”

Azərbaycanda evlərin qiyməti kəskin bahalaşacaq: “Məhsullar Rusiya və Ukraynadan gəlirdi...”

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın tikinti bazarına da öz mənfi təsirini göstərib. Sahibkarlar bazarda olan malların qiymətində ciddi artım olduğunu söyləyirlər. Bu artım xüsusən taxta, oboy, laminat kimi mallarda hiss olunur.

Maraqlıdır, tikinti materiallarında qeydə alınan qiymət artımı mənzil bazarına təsir edəcəkmi? Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Polemika.az-a açıqlamasında qiymət artımının mənzil bazarına ciddi təsir edəcəyini söyləyib:

“Müəyyən məhsullarla bağlı idxal məhdudlaşdığı zaman təklif azalır, tələb artır. Tələbin artımı fonunda qiymət artımı da qaçılmaz olur. 

Taxtaya alternativ olan məhsullar da məhz Rusiya və Ukraynadan Azərbaycana idxal olunur. Bu məhsulların idxalında da müəyyən fasilələr yaranır. Lakin qısa müddətli tendensiyadır. Uzun müddətli tendensiyada vəziyyətin dəyişmə ehtimalı böyükdür. Qısa müddətli dövrdə idxala məhdudiyyətlərin tətbiq olunacağı şübhəsizdir.

Təbii ki, bu artım mənzillərə də təsir edəcək. Çünki mənzil tikintisində istifadə olunan material xərci artır və yekun dəyərə təsir göstərir. Mənzil qiymətinin artımı qaçılmaz olur.  

Hazırda sahibkarlar üçün də çox çətin dövrdür. Alıcı qıtlığı var. Eyni zamanda tikintidə maya dəyərinin artımına təsir göstərən amillər həddən artıq çoxdur. Tikinti materiallarında qiymət artımı, tikinti də bahalaşmaya səbəb olacaq. Artıq belə meyillər müşahidə olunur”.

Ekspert Azərbaycanın alternativ olaraq hansı ölkələrdən tikinti materialları ala biləcəyinə də aydınlıq gətirib: “Digər məsələ isə taxtaya alternativ olan məhsulların idxalıdır. Məsələn kardon lövhələr, laminatlar və s. Başqa ölkələrdən də gətirilir. Lakin əsas pay Rusiya və Ukraynanın üzərinə düşür.

Rusiya və Ukraynadan idxal dayansa da, digər ölkələrlə bu proses davam edir. Keyfiyyət və rəqabət baxımından digər ölkələrdən gətirilən məhsullarla həmin məhsullar eynidir? Xeyr.

Ukraynadan Azərbaycana dam örtükləri gətirilir. Kifayət qədər keyfiyyətli məhsullardır. Lakin həmin məhsulun Finlandiyadan gətiriləni keyfiyyət baxımından eyni olsa da, qiymət çox fərq edir. Fin malı 3 dəfə bahadır.

Bu məsələləri nəzərə alsaq, çətinliklər yaşayacağımızı görə bilərik”.

Mehri QURBAN

Azərbaycanda evlərin qiyməti kəskin bahalaşacaq: “Məhsullar Rusiya və Ukraynadan gəlirdi...”