“Biz eyni həmin yolla getmək istəmirik...” - Paşinyan Qarabağ barədə

“Biz eyni həmin yolla getmək istəmirik...” - Paşinyan Qarabağ barədə

“Biz eyni həmin yolla getmək istəmirik...” - Paşinyan Qarabağ barədə

“Soçi və Brüsseldəki görüşlərdən sonra Ermənistan və region üçün dinc inkişaf erasına doğru addımbaaddım irəliləmək imkanı var”.

Bunu dekabrın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik İşçisi gününə həsr olunmuş çıxışında deyib. Baş nazirin sözlərinə görə məhz bu prosesdə milli təhlükəsizlik xidmətləri mühüm rol oynamalıdır:

“Xüsusən də indi, Ermənistan hökumətinin region üçün dinc inkişaf erasını elan etdiyi bir vaxtda, bu yeni mühitdə, bu o deməkdir ki, Milli Təhlükəsizlik Xidmətinin qarşısında vəzifələr daha da mürəkkəb olacaq. Çünki siyasi bəyanatlar hələ özlüyündə o demək deyildir ki, onları həyata keçirmək mümkün olacaq. İkincisi, əgər biz bu istiqamətdə uğurla hərəkət etsək belə, çətinlikləri idarə etmək daha mürəkkəb və daha çətin olacaq”.

Baş nazir deyib ki, Soçi və Brüsseldəki görüşlərdən sonra Ermənistan və region üçün dinc inkişaf erasına doğru addımbaaddım irəliləmək imkanı var:

“Bütün hallarda Ermənistan Respublikasının hökuməti ondan asılı olan hər şeyi edəcək ki, bu istiqamətdə uğur qazanıla bilsin. Amma xüsusilə də belə mühitdə Milli Təhülkəsizlik Xidməti sayıqlığını ikiqat artırmalı, fəaliyyətinin effektivliyini yüklsəltməli olacaq, çünki bu yeni mühitin yaradılması çox məsuliyyətli və mühüm vəzifədir...”

Nikol Paşinyan çıxışında Qarabağ məsələsinə də toxunub və deyib ki, bu sahədə uzun illər ərzində danışıqlar masasında danışılanlarla, Ermənistan cəmiyyətinə verilən məlumatlar arasında böyük uçurum olub: “Biz eyni həmin yolla getmək istəmirik. Biz qapalı məsləhətləşmələrdə, açıq çıxışlarda və danışıqlar masasında eyni bir məzmunun çərçivəsindən danışmaq istəyirik. Biz daxildə bir, xaricdə başqa şey demək, sonra bu fərq nəticəsində yaranmış tələyə düşmək istəmirik”.

Paşinyan öz çıxışında habelə 44 günlük müharibədən sonra işinin səmərəliliyini artırmış Milli Təhükəsizlik Xidmətinə təşəkkürünü bildirib. O deyib ki, məhz bu fəaliyyət nəticəsində Ermənistan dərin siyasi, psixoloji və etimad böhranını keçə bilib:

“Diqqəti xüsusilə də buna cəlb etmək istəyirəm ki, 2020-ci ilin noyabrından bəri Ermənistan Respublikasının daxilində bircə güllə səsi də eşidilməyib və əslində vətəndaş toqquşmaları baş verməyib. Bu, bir tərəfdən belə situasiyalardan keçmiş ölkələrin arasında misli görünməmiş haldır, digər tərəfdən isə bizim dövlət orqanlarımızın, o cümlədən Milli Təhükəsilik Xidmətinin səmərəli işini nümayiş etdirir”.

 

“Biz eyni həmin yolla getmək istəmirik...” - Paşinyan Qarabağ barədə