“Bir müddət sonra Laçın dəhlizi də olmayacaq” - Deputat

 “Bir müddət sonra Laçın dəhlizi də olmayacaq” - Deputat

 “Bir müddət sonra Laçın dəhlizi də olmayacaq” - Deputat

"Ermənistanla sərhəddən 5 km aralıda İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvanla əlaqəsini nəzərdə tutan dəhlizin qurulması barədə sənədin imzalanması regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişir".

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirib.

Onun fikrincə, bu sənəd aşağıdakıları göstərir:

"Azərbaycan regionda əsas oyunçudur, oyun qurucudur; Azərbaycan Naxçıvanla əlaqənun qurulmasında Ermənistana ehtiyac duymur və onun şıltaqlığına dözən deyil;

Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi reallaşsa belə, İran ərazisindən keçəcək yolun işə düşməsi Rusiya və Ermənistan tərəfindən bəzi şəraitlərdə Azərbaycana siyasi təzyiq etmək imkanlarını aşağı salacaq və ya heçə endirəcək;

bu yol Türkiyə və İranı da bir-birinə sıx bağlayacaq;

Rusiyaya qarşı sanksiyalar işə düşdüyündən və onun Qərbə çıxış qapısı bağlandıqdan Moskva Azərbaycana möhtac olacaq və beləliklə, Azərbaycan və onun ayrılmaz bir parçası olan Naxçıvan nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək, ölkəmizin beynəlxalq mövqeləri güclənəcək və gəlirləri artacaq;

Azərbaycan Bakı-Tbilisi-Kars dəmiryolu ilə yanaşı bu yolla da Avropaya və Fars körfəsinə, Türkiyə isə türk dünyasına, Fars körfəzinə və sıx iqtisadi əlaqələrinin olduğu Rusiyaya çıxa biləcək;

bu yol sansksiyalarla üzləşən İrana da nəfəs almağa imkan verəcək;

əgər Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasına imkan verməsə, onda bir müddət sonra Laçın dəhlizi də olmayacaq;

Azərbaycan yenə də Ermənistana hökm edən vəziyyətdədir;

Ermənistanın İran ilə yaxınlaşması niyyətləri boşa çıxır;

Ermənistan Azərbaycanın təklifləri ilə razılaşmasa, düşdüyü qaranlıq quyudan çıxa bilməyəcək;

Ermənistanın xilası Avropa Parlamentinin Azərbaycan tərəfindən artıq cırılıb atılmış kağız qırığı olan saxta qətnaməsindən və digər sənədlərdən deyil, Azərbaycan və Türkiyə ilə normal qonşular kimi yola getməkdən və əməkdaşlıqdan keçir".

M.Qasımlının sözlərinə görə, bu sənədin imzalanması göstərdi ki, əsas ölkənin ərazisinin həcminin böyüklüyü və əhalisinin sayının çoxluğu deyil, ona rəhbərlik edən şəxsin uzaqgörənliyi, müdrikliyi və strateji hədəflərinə səbrlə, addım-addım irəliləməsidir.

"Bunu da cənab Prezidentimiz İlham Əliyev edərək millətimizə qürur hissi yaşadır", - deyə deputat bildirib.

 “Bir müddət sonra Laçın dəhlizi də olmayacaq” - Deputat