Bilvardakı bu karusellər yığışdırıldı
Bilvardakı bu karusellər yığışdırıldı
Dənizkənarı Bulvarda bəzi atraksionların istifadəsi dayandırılıb. Bulvar ərazisində quraşdırılan bir neçə atraksion sökülüb.
Polemika.az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva atraksionların istismar müddəti bitdiyi üçün söküldüyünü bildirib:
“Sözügedən atraksionların istismar müddəti bitdiyi üçün onların fəaliyyəti dayandırılıb. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır”.
Əsmətxanım