"Belə getsə, Rusiya həmin prosesə cəlb olunacaq” - Putin tribunala çıxarılacaq?

"Belə getsə, Rusiya həmin prosesə cəlb olunacaq” - Putin tribunala çıxarılacaq?

"Belə getsə, Rusiya həmin prosesə cəlb olunacaq” - Putin tribunala çıxarılacaq?

“Beynəlxalq məhkəmə prokuroru Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı araşdırmaya başlayıb”.

Bunu Polemika.az-a açıqlamasında vəkil Əsabəli Mustafayev verib bildirib.

Xatırladaq ki, Rusiyadan beynəlxalq məhkəməyə şikayət Ukrayna prezidenti Volodimr Zelenskinin təşəbbüsüdür.

“Beynəlxalq məhkəmənin, yəqin ki, perspektivi var. Artıq məlumat verilib ki, Ukrayna dəlilləri toplayaraq beynəlxalq məhkəməyə müraciət edib. Haaqada yerləşən beynəlxalq cinayət məhkəməsinin prokuroru öz təşəbbüsü ilə araşdırmaya başlayıb. Harada bəşəriyyət, insanlıq əleyhinə cinayət, genosid, soyqırımı varsa, beynəlxalq məhkəmənin prokurorları araşdırmaya başlaya bilərlər.

Keçmiş Yuqoslaviya ərazisində yerli müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirilib. O zaman da beynəlxalq məhkəmə araşdırma aparıb. Prezident mühakimə olunub və yüksək vəzifəli şəxslərlə birlikdə ömürlük cəza alıb. 

Rusiyada da eyni proses baş verə bilər. Hər gün məlumatlar, videolar gəlir ki, mülki əhali öldürülür, yaşlı insanlar, qadınlar, uşaqlar qırılır, mülki obyektlər bombalanır. Qadağan edilmiş silahlardan, hətta vakuum bombalarından istifadə olunur. Bu, müharibə cinayətidir. Belə getsə, Rusiya həmin prosesə cəlb olunacaq”.

Mehri QURBAN

"Belə getsə, Rusiya həmin prosesə cəlb olunacaq” - Putin tribunala çıxarılacaq?