Belarus XİN başçısı Ceyhun Bayramova təşəkkür etdi

Belarus XİN başçısı Ceyhun Bayramova təşəkkür etdi

Belarus XİN başçısı Ceyhun Bayramova təşəkkür etdi

17 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub. 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Polemika.az-a verilən xəbərə görə, tərəflər, Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar. 

Belarus XİN başçısı Ceyhun Bayramova təşəkkür etdi