Belarus da Ukraynaya hücum etdi

Belarus da Ukraynaya hücum etdi

Belarus da Ukraynaya hücum etdi

Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub.

Polemika.az “Unian”a istinadən xəbər verir ki, Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatına görə, faktı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.

"Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub", - onun mesajında deyilir.

Mixaylo-Kotsyubinski kəndinin yerli sakinlərinin dediyinə görə, saat 11:30-da 33 maşından ibarət Belarus kolonu Ukraynaya daxil olub ki, onlardan 11-i "Qrad"dır.

Daha əvvəl Müdafiə Strategiyaları Mərkəzi məlumat vermişdi ki, Belarus Respublikası Silahlı Qüvvələrinin Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı qərar verəcəyi ehtimalı çox yüksəkdir.

Xatırladaq ki, fevralın 24-də Rusiya  Ukraynada müharibəyə başlayıb.

Belarus da Ukraynaya hücum etdi