BDU-dan itkin tələbə ilə bağlı AÇIQLAMA

BDU-dan itkin tələbə ilə bağlı AÇIQLAMA

BDU-dan itkin tələbə ilə bağlı AÇIQLAMA

Bakı Dövlət Universiteti (BDU) itkin düşən tələbə ilə bağlı açıqlama yayıb.

BDU-nun mətbuat xidmətindən Polemika.az-a verilən məlumatda görə, kollektivin tələbənin itkin düşməsilə bağlı narahatlığı ifadə olunub.

"Geologiya fakültəsinin tələbəsi İlkin Qəmbərlinin itkin düşməsindən narahatlığımızı bildirir, onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayırıq.

Təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qəmbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb.

Hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır".

BDU-dan itkin tələbə ilə bağlı AÇIQLAMA