Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi

Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi

Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi

Stepan Qalstyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.

Polemika.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, oktyabrın 2-də Stepan Qalstyan həbs edilmişdi. O, Ermənistan Silahlı Qüvvələrinə silah verilməsi prosesindən sui-istifadə və mənimsəmə işində təqsirləndirilən şəxs qismində cəlb edilib.

Eyni cinayət işi çərçivəsində Ermənistan Respublikasının keçmiş müdafiə naziri Davit Tonoyan və adaşı, silah tədarükçüsü “Patron Davo” ləqəbli Davit Qalstyan da həbs edilib.

Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi