Baş Qərargah: Rusiya müharibədə 12 min hərbçi itirib

Baş Qərargah: Rusiya müharibədə 12 min hərbçi itirib

Baş Qərargah: Rusiya müharibədə 12 min hərbçi itirib

Ukraynada müharibənin 14-cü günüdür. Geridə qalan müddət ərzində baş vermiş toqquşmalar hər iki tərəfdən ciddi itkilərlə müşayiət olunub.

Polemika.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün yaydığı məlumata görə, 14 gün ərzində düşmən qüvvələri böyük döyüş itkiləri verib.

“Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 12 mindən çox işğalçını məhv edib”,- məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkilərini aşağıdakı kimi komplektləşdirib:

Şəxsi heyət - təxminən 12 min nəfərdən çox

tanklar - 317 ədəd,

zirehli döyüş maşınları - 1070 ədəd,

artilleriya sistemləri – 120 ədəd,

MLRS – 56 ədəd,

hava hücumundan müdafiə sistemləri – 28 ədəd,

təyyarə - 49 ədəd,

helikopterlər - 80 ədəd,

avtomobillər – 474 ədəd,

gəmilər və qayıqlar - 3 ədəd,

yanacaq və sürtkü materialları olan çənlər – 60 ədəd,

PUA-lar – 7 ədəd.

Baş Qərargah ukraynalıları yalnız etibarlı mənbələrə etibar etməyə, panikaya düşməməyə və ümumi müqaviməti davam etdirməyə çağırıb.

Baş Qərargah: Rusiya müharibədə 12 min hərbçi itirib