Baş məşqçi Arda Turanı heyətdə görmək istəmir 

Baş məşqçi  Arda Turanı heyətdə görmək istəmir 

Baş məşqçi Arda Turanı heyətdə görmək istəmir 

“Qalatasaray”ın baş məşqçisi Domenek Torrent futbolçusu Arda Turanı komandanın heyətində görmək istəmir. 

Polemika.az "Sabah"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi 35 yaşlı hücumçunu qarşıdakı bir neçə həftə ərzində də komandanın heyətinə daxil etməyi düşünmür.

Səbəb olaraq Ardanın fiziki cəhətdən və sürət baxımından digər oyunçulardan geri qalmasını önə sürür. Turan mövsümün sonuna qədər yalnız məşqlərdə iştirak edəcək. Baş məşqçi Torrent məcbur qalmayacağı təqdirdə Arda Turanı meydana buraxmayacaq. 

Qeyd edək ki, “Qalatasaray”la müqaviləsi bu mövsümün sonuna qədər olan Arda Turan iyun ayında karyerasını bitirəcək. 

Baş məşqçi Arda Turanı heyətdə görmək istəmir