"Barselona"dan Ukraynaya dəstək: "Sığınacaq istəyənlərə kömək edəcəyik"

"Barselona"dan Ukraynaya dəstək: "Sığınacaq istəyənlərə kömək edəcəyik"

"Barselona"dan Ukraynaya dəstək: "Sığınacaq istəyənlərə kömək edəcəyik"

"Barselona"nın prezidenti Joan Laporta Ukraynaya dəstək olub.

Polemika.az xəbər verir ki, bu barədə klubun sosial media hesablarında paylaşım edilib.

Laporda video vasitəsi ilə "Barselona"nın İspaniyaya gələn ukraynalılara kömək edəcəyini bildirib:

"Barselona" adından bütün ukraynalılara dəstəyimizi və həmrəyliyimizi nümayiş etdirmək istəyirəm. Ukraynaya səfər etmək fürsətimiz olanda klubumuzun azarkeşlərinin böyük dəstəyini görürdük. Kiyevdəki rəsmi fanklubumuzun çoxlu üzvü var. Onlar "Barselona"nın dəyərlərini təmsil edir.

Cəmiyyətimizdə klubun tarixini genişləndirməyə kömək edən çoxlu ukraynalı idmançılar da var. Onların və ədalətsiz müharibənin dəhşətindən əziyyət çəkən bütün insanlar bilirlər ki, biz sizinləyik. Ölkəmizdən sığınacaq istəməyə gələn ukraynalılara kömək edəcəyik. Ukraynalılar, "Barselona" sizinlədir. Müharibəni dayandırın”. 

"Barselona"dan Ukraynaya dəstək: "Sığınacaq istəyənlərə kömək edəcəyik"