Baltikyanı ölkələr 10 rus diplomatı qovdu

Baltikyanı ölkələr 10 rus diplomatı qovdu
Latviya, Estoniya və Litva ümumilikdə 10 rus diplomatını ölkədən çıxarıb.
Polemika.az xəbər verir ki, Litva 4 diplomatı, Latviya və Estoniya isə müvafiq olaraq 3 diplomatı ölkədən çıxarıb.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Tvitter hesabında yazıb ki, diplomatlar diplomatik statuslarına zidd hərəkətlər və Rusiyanın Ukraynada davam edən təcavüzünə görə razılaşdırılmış şəkildə ölkədən çıxarılıblar.