Bakıda ərlə arvadı maşın vurdu

Bakıda ərlə arvadı maşın vurdu

Bakıda ərlə arvadı maşın vurdu

Bakının Xəzər rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Polemika.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Magistral şossenin əks tərəfinə keçmək istəyən 1983-cü il təvəllüdlü Ağayeva Arzu Məhəmməd qızı və onun həyat yoldaşı 1979-cu il təvəllüdlü Ağayev Zaur Məhəmməd oğlunu minik avtomobili vurub.

Yaralılar xəstəxanaya çatdırılıb.

A.Ağayevanın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bakıda ərlə arvadı maşın vurdu