Bakıda yol polisi “plyonka”lı “Naz lifan”ı saxladı - Fotolar

Bakıda yol polisi “plyonka”lı “Naz lifan”ı saxladı - Fotolar

Bakıda yol polisi “plyonka”lı “Naz lifan”ı saxladı - Fotolar

“Naz lifan” markalı avtomobilin sürücüsü yol polisinə dəvət olunub. 

Polemika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bildirilib ki, avtomobil sahibinin yeniyetmə oğlu ondan xəbərsiz "plyonka" çəkdirib. O, etiraf edib ki, bu addım yanlışdır və səhhəti ilə əlaqədar olaraq evdə müalicə olunduğu üçün avtomobilindən xəbərsiz olub. 

Törədilən xəta yerindəcə aradan qaldırılıb. Avtomobilin plyonkaları sökülüb, dövlət nömrə nişanı yerinə bağlanıb və sürücü ilə profilaktiki söhbətlər aparılıb. 

Yol polisi bir daha sürücülərin nəzərinə çatdırır ki, bu və ya digər neqativ hallarla bağlı tədbirlər davam etdirilir, qarşısı alınacaqdır.

Bir 1 kişi, araba ve açık hava görseli olabilirBir 1 kişi, araba ve açık hava görseli olabilir

Bakıda yol polisi “plyonka”lı “Naz lifan”ı saxladı - Fotolar