Bakıda yanan məktəb distant təhsilə keçdi

Bakıda yanan məktəb distant təhsilə keçdi

Bakıda yanan məktəb distant təhsilə keçdi

Bakıda yanğın baş verən Aslan Muradov adına 84 nömrəli tam orta məktəb distant təhsilə keçib.

Polemika.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında məktəbdə yanğın baş verib: "Yanğın məktəbin ikinci mərtbəsində baş verib, məktəbin müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur". 

Bakıda yanan məktəb distant təhsilə keçdi