Polis 64 toyda reyd keçirdi: Nəticə

Polis 64 toyda reyd keçirdi:

Polis 64 toyda reyd keçirdi: Nəticə

Yanvarın  6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 64 toy şənliyinin monitorinqini həyata keçirib.  

Polemika.az xəbər verir ki, monitorinq 63 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 7 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

Polis 64 toyda reyd keçirdi: Nəticə