Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Polemika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-i Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənəət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı