Bakıda özünü dənizə atan şəxs xilas edildi

Bakıda özünü dənizə atan şəxs xilas edildi

Bakıda özünü dənizə atan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Bakıda özünü dənizə atan şəxs xilas edildi